BANM-in tələbələri PAŞA Holdinqin inkişaf proqramında I yeri tutublar
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri “PAŞA Holdinq” tərəfindən təşkil edilən “Future Shapers” inkişaf proqramının qalibi olublar.
Fhnews.az xəbər verir ki, BANM-dən verilən məlumata görə, onlar informasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Ruslan Murtuzov və kompüter mühəndisliyi ixtisasının III kurs tələbəsi Tamerlan Ağayevdir. “Safe Life” komandası tərkibində iştirak edən tələbələrimiz üç mərhələdən ibarət olan seçim prosesindən uğurla keçiblər. Nəticədə “İnnovasiya və məhsul simulyasiyası” final mərhələsinə iştirak hüququ qazanıblar və “Endowment Insurance” sahəsində innovativ həll yolu təqdim edərək I yerə layiq görülüblər.
Proqram “PAŞA Holdinq”in Öyrənmə və İnkişaf mərkəzi olan “PAŞA Hub” tərəfindən təşkil olunur. Məqsəd istedadlı universitet tələbələrini və yeni məzunları aşkar etmək, onların inkişafına töhfə vermək, eləcə də gənclərə bazarda yaranan yeni rollar barədə məlumat verməkdir.
BDU-nun Astrofizika kafedrası: Yaz...
Beynəlxalq konfransın iştirakçıları BMU...
Şagirdlərin elektron yerdəyişməsi...
Qarabağ Universitetində elm və ali...
BDU ilə Pakistan universitetləri...