Antarktidada buzların əriməsi Yerdəki ən güclü okean axınını yavaşlatır
Alimlər müəyyən ediblər ki, Antarktika qitəsindəki buz təbəqələrinin əriməsi dünyanın ən güclü okean axını olan "Antarktika Dairəvi Qütb Cərəyanı"nın (ACC) sürətini ləngidir.
Melburn Universiteti və Avstraliyadakı Norveç Tədqiqat Mərkəzinin tədqiqatçıları dəyişən temperatur, duzluluq və külək şəraitinin təsirini öyrənmək üçün okean və dəniz buzunun okean axınları və istilik ötürülməsi kimi amillər üzərində yüksək ayırdetmə qabiliyyətinə malik simulyasiyasını təhlil ediblər. Tədqiqatçılar “GADI” adlı iqlim simulyatorundan istifadə etməklə aparılan təhlillər nəticəsində Antarktika qitəsindəki buz təbəqələrinin əriməsinin Yerdəki ən güclü okean axını olan "Antarktika Dairəvi Qütb Cərəyanı"nın sürətini ləngitdiyini aşkar ediblər.
Tədqiqatçılar 2050-ci ilə qədər ACC-nin sürətinin təxminən 20 faiz azalacağını aşkar ediblər.
Tədqiqatçılar buzların əriməsi və okeanların istiləşməsinin okean axınlarına təsirinin keçmişdə düşünüldüyündən qat-qat mürəkkəb olduğunu təsbit ediblər və buzların əriməsinin dəniz səviyyəsinin qalxmasına və okeanların istiləşməsinə səbəb ola biləcəyini qeyd ediblər.
Okeanın son dərəcə mürəkkəb və incə bir tarazlığa malik olduğunu bildirən tədqiqatçılar böyük okean hövzələri üçün kanal rolunu oynayan cərəyanın azalmasının qlobal istiləşmənin sürətlənməsi kimi ciddi nəticələrə səbəb ola biləcəyini qeyd ediblər. Tədqiqatçılar həmçinin bildiriblər ki, cari sürət azaldıqca müxtəlif növlərin Antarktika qitəsinə çatma ehtimalı artacaq və bu, dəniz ekosistemlərinin yaşayış qabiliyyətinə və Antarktika pinqvinlərinin qida rasionunun dəyişməsi də daxil olmaqla qida şəbəkəsinə bəzi ciddi təsirlərə səbəb ola bilər.
İstanbul hava məkanında "leylək"...
ABŞ-da yumurta böhranı...
Mozambik və Malavidə "Jude" qasırğası...
Konyada 4,2 bal gücündə zəlzələ olub...
Astronomlar kiçik qayalı planetlərdən...