21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Beynəlxalq Bern Konvensiyası ilə mühafizə edilən Trabzonun mavi ulduz çiçəyi

03-02-2025
IMG

Mavi Ulduz çiçəyi Qara dəniz bölgəsində yerləşən Trabzon vilayətinin Tonya qəsəbəsində təxminən 1300 metr hündürlükdə Kadıralak yaylağını hər yaz bənövşəyi rəngə boyayır. Həqiqətən də, mavi ulduza bənzəyən bu nadir çiçək, təəssüf ki, nəsli kəsilməkdə olan bitkilər sırasındadır. “Beynəlxalq Bern Konvensiyası” ilə qorunan nazik, uzun yarpaqlı Mavi Ulduz çiçəyinin yetişdiyi yaylaq Təbiət Parkı kimi təşkil olunub. Dörd bir tərəfi küknar ağacları ilə əhatə olunmuş yaylağın yazda bənövşəyi rəngə boyanması bənzərsiz görüntülər yaradır. Yaylağın bu füsünkar mənzərəsi xüsusilə təbiətsevərləri və fotoqrafları əraziyə cəlb edir.Çiçək ilboyu yalnız 2 həftə müddətində özünü göstərir.

Paylaş: