21 fevral 2025, cümə Bakı, 0°C
IMG-LOGO

Ucarda 5 ha sahədə kol-kos və qamışlıq yanıb (video)

11-02-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qəzyan kəndi yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 5 hektar sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Paylaş: