Hərbi qulluqçularımız “AMAN-25” təlimində uğurla iştirak edirlər
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusunun iştirak etdiyi Pakistan İslam Respublikasının Kəraçi şəhərində keçirilən "AMAN-25" çoxmillətli dəniz təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizi təmsil edən sualtı hücum və sualtı müdafiə qrupları təlimin planına uyğun olaraq, yaşayış məntəqələrində antiterror əməliyyatları, açıq dənizdə gəmilərin zəbt olunması və müxtəlif ərazilərdə partlamamış mərmilərin və əldə düzəlmə partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Sülh naminə birlikdə” şüarı ilə keçirilən “AMAN-25” çoxmillətli təlimində dəniz xüsusi təyinatlılarımız qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Dəniz piyada bölmələri ilə təlim...
Azərbaycan silahları “IDEX-2025”...
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Azərbaycan Ordusunda andiçmə mərasimləri...
Müdafiə Nazirliyi: Gənc əsgərlərin...