FHN: Ötən sutka ərzində 27 yanğına çıxış olub
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 27 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insan həyatının xilas olunması təmin edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib.
Faktiki hava: Ölkə ərazisində...
Qeyri-sabit hava şəraiti 4 gün davam...
MEDİA: Kütləvi kiberhücumu Azərbaycanın...
Dağlıq rayonlarda 11 dərəcəyədək şaxta...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti...