Avropada “Coca Cola”-dan sonra “Lay's” şoku
Bir neçə gün əvvəl “Coca-Cola Europacific Partners”in Belçikadakı Gent istehsal müəssisəsində müntəzəm yoxlamaları zamanı aşkar edilən xloratla əlaqədar geniş miqyaslı geri çağırma qərarına dair yazı vermişdik. Bu dəfə isə ABŞ-da yerləşən nəhəng kartof çipi “Lay's” satışa təqdim etdiyi məhsulla bağlı oxşar addım atıb. ABŞ Qida və Dərman İdarəsi tərəfindən edilən açıqlamaya görə, “Lay's”ın yalnız ABŞ bazarı üçün istehsal etdiyi 350 qramlıq çip paketində daha əvvəl heç bir məlumat verilməmiş süd məhsulu aşkar edilib.
FDA bu vəziyyətin xüsusilə süd allergiyası və ya həssaslığı olan şəxslər üçün ciddi təhlükələr yaratdığını və hətta ölümcül allergik reaksiyalara səbəb ola biləcəyini bildirib. ABŞ Qida və Dərman İdarəsi süd tərkibi aşkar edilən “Lay's” çipslərini birinci sinif təhlükə kateqoriyasına daxil etməklə ən yüksək risk səviyyəsində qiymətləndirib.
Mütəxəssislər bu riskli çiplərin yalnız Vaşinqton və Oreqon ştatlarında satıldığını bildiriblər. Bununla belə, vurğulanıb ki, istehlakçılar bu məhsullardan heç vaxt istifadə etməməli və geri qaytarmalıdırlar. FDA mütəxəssisləri xəbərdarlıq edib ki, süd allergiyası olan şəxslər bu çipsləri istehlak etdikdə həyati təhlükə yaradan ciddi sağlamlıq problemləri ilə üzləşə bilərlər.
Qida sənayesindəki bu ardıcıl geri çağırışlar istehlakçıların təhlükəsiz qidaya çıxışı ilə bağlı narahatlıqları artırır və şirkətlərin yoxlama və istehsal proseslərində daha diqqətli olmaları lazım olduğunu vurğulayır.
Lufthansa aviaşirkəti Qazaxıstana...
Almaniyanın çip istehsalı müəssisəsinə...
Bu gün Ümumdünya Sosial Ədalət günüdür...
Türkiyə 5G texnologiyasına keçir...
Botsvana güclü yağışlar səbəbindən...