Yevlax-Bərdə avtomobil yolunun 5-ci kilometrliyində avtomobildə partlayış baş verib
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yevlax şəhəri, Yevlax-Bərdə avtomobil yolunun 5-ci kilometrliyində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı “MİTSUBİSHİ L-200” markalı avtomobilin yük hissəsində həcmi 50 litr olan məişət qaz balonunda yanğınla nəticələnən partlayış baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində avtomobildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində avtomobilin salonu və yük hissəsi yanıb, içərisində olan digər 2 ədəd qaz balonu deformasiya edib. Avtomobilin sürücüsü - 1962-ci il təvəllüdlü Əliyev Raquf Əvəz oğlu və sərnişin - 1968-ci il təvəllüdlü Əsədov Akif Şiraslan oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Avtomobilin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.
Neftçalada fərdi yaşayış evində yanğın...
Liftdə qalan 2 nəfərə müvafiq köməklik...
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs...
Ucarda yük avtomobilində yanğın olub...
Bakıda “Motodrom” adlanan ərazidə yanğın...