29 may 2025, cümə axşamı Bakı, 20°C
IMG-LOGO

Səudiyyə Ərəbistanında 74 illik qadağa bitib

25-05-2025
IMG

Səudiyyə Ərəbistanı hökuməti 1952-ci ildən bəri qüvvədə olan spirtli içkilərlə bağlı  qadağanı yumşaltmaq qərarına gəlib.Beləki, 2026-cı ilə qədər 600 turizm bölgəsində spirtli içkilərin istehlakına icazə veriləcək. Yeni tənzimləmə ilə spirtli içki satışı və istehlakı yalnız turistik məkanlarda mümkün olacaq. Seçilmiş beşulduzlu otellər, kurortlar və lisenziyalı obyektlər bu tətbiqin əhatə dairəsinə daxil ediləcək. Plana əsasən, yalnız şərab və pivə istehlakına icazə veriləcək, sərt spirt isə qadağan olaraq qalacaq. İctimai yerlərdə, şəxsi yaşayış yerlərində və pərakəndə satış məntəqələrində mövcud spirt qadağaları qüvvədə qalır.

Qeyd edək ki, 1951-ci ildə Səudiyyə Ərəbistanının o zamankı şahzadəsi Mişari bin Əbdüləziz Əl-Səud sərxoş halda qəbulda Britaniya baş konsulunun müavinini güllələmiş və bu hadisə  ölkədə spirtli içkilərin qadağan edilməsinə səbəb olmuşdu.Bu hadisədən sonra Kral Əbdüləziz 1952-ci ildə spirti tamamilə qadağan etmək qərarına gəldi və qanun 74 il qüvvədə qaldı.

Səudiyyə Ərəbistanının köklü dəyişməsi ölkənin turizm sektorunu canlandırmaq və beynəlxalq miqyasda imicini yeniləmək səylərinin mühüm hissəsi kimi qiymətləndirilir. Yeni dövrdə spirt qadağasının qaldırılmasının bölgədəki turizm dinamikasına necə təsir edəcəyi maraqla gözlənilir.

Paylaş: