29 may 2025, cümə axşamı Bakı, 19°C
IMG-LOGO

Mingəçevirdə yol-nəqliyyat qəzası baş verib

25-05-2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "T-140" markalı traktorun "QAZ- 24" markalı minik avtomobilini yedəyə alıb sərt yamacı qalxan zaman hər iki nəqliyyat vasitəsinin aşdığı və vətəndaşların köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən aşmış traktorun altında qalmış sürücü - 1993-cü il təvəllüdlü Mustafayev Firdovsi İlqar oğlunun meyiti və traktorda olan müxtəlif dərəcəli bədən xəsarətləri almış sərnişin - 1988-ci il təvəllüdlü Bəkirov Nicat Səfər oğlu aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş: