Kolumbiyada avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb
Kolumbiyanın qərbində tələbələri daşıyan avtobusun baryerə çırpılması nəticəsində azı 10 nəfər ölüb.
Fhnews.az TASS-a istinadən xəbər verir ki, bu barədə qəza qurbanlarının təhsil aldığı Aleksandr fon Humboldt Universiteti məlumat yayıb.
"Avtobusda 22 tələbə, iki müəllim və müəssisəmizin rabitə şöbəsinin əməkdaşı olub", - rektor Dieqo Xaramilyo Lopez universitetin instaqramdakı səhifəsindəki müraciətində deyib.
Təhsil müəssisəsi yeddi tələbə və üç universitet əməkdaşı olmaqla, ölənlərin siyahısını açıqlayıb. “Caracol” telekanalının məlumatına görə, qəza nəticəsində 8 tələbə ölüb.
Təcrübədən qayıdan tələbələri daşıyan avtobus körpünün baryerinə çırpılıb. İlkin məlumata görə, sürücü idarəetməni itirib.
İstanbul Hava Limanının 4-cü uçuş-enmə...
ABŞ-da fırtına ciddi problemlər yaradıb...
Çində Dragon Boat Festivalı...
Ümumdünya Meteorologiya Təşkilatı: Yaxın...
Las Vegasda dünyanın ən böyük LED kürəsi...