Fövqəladə Hallar Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirib
15 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən Ceyranbatan su anbarında “Heydər Əliyev İli” münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Su Ehtiyatları Dövlət Agentliyi və Nazirliyin digər struktur bölmələrinin əməkdaşları iştirak edib.
Əvvəlcə, tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizdə ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi məsələlərinə xüsusi diqqətlə yanaşıb, paytaxt Bakı şəhərində və regionlarda yaşıllaşdırma işlərinə, yeni yaşıllıq sahələrinin yaradılmasına xüsusi əhəmiyyət verib. Ulu Öndərin bu mütərəqqi yanaşması, ekologiyaya olan qayğısı bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu çərçivədə, FHN-in Su Ehtiyatları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyevin 100 illiyi münasibətilə 10000 ağac əkək” aksiyası həyata keçirilir. Bu münasibətlə 10000-dən artıq eldar şamı və sərv ağacı tingləri yetişdirilib, Ceyranbatan su anbarı ərazisində 20 hektara yaxın müvafiq sahə hazırlanıb.
Yanvar ayının 31-dən başlayaraq, həmin ərazidə mütəmadi olaraq ağac əkilməsinə başlanılıb və bu günə qədər artıq 2625 ağac əkilib. Bunların da 1930-u sərv, 695-i isə eldar şamıdır. Fevralın 15-də daha 700 ağac əkilib.
Qeyd edək ki, may ayınadək davam edəcək aksiya çərçivəsində 10 min ağac əkilməsi nəzərədə tutulur.
Naxçıvan Muxtar Respublikasının...
FHN-in İdman-sağlamlıq klubunda ilin...
FHN-in Sumqayıt Regional Mərkəzində...
FHN-in Qarabağ Regional Mərkəzində...
Azərbaycan FHN Naxçıvan şəhərində...