FHN Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirib
Fövqəladə Hallar Nazirliyinin strukturları tərəfindən xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları keçirilib.
Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq keçirilən aksiyalarda məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsi olub.
Aksiyalarda torpaq-iqlim şəraiti nəzərə alınaraq, seçilmiş ağac növləri uyğun sahələrdə əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.
Əkilən ağaclar ərazidə estetik görünüş yaratmaqla yanaşı, ətraf mühitə müsbət təsir göstərərək ekologiyanın yaxşılaşdırılmasına töhfə verəcək.
FHN Ümummilli Lider Heydər Əliyevin...
Tarixi ədalətin bərpası: Ulu Öndər...
FHN-in strukturlarında Ulu Öndər Heydər...
FHN-də Ümummilli Liderin anadan...
FHN-in Cənub Regional Mərkəzində...