Bölgələrdə 30 günərzi qayğı mərkəzi yaradılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında bölgələrdə 30 günərzi qayğı mərkəzi yaradılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Sumqayıt, Mingəçevir və Naftalan şəhərlərində, Abşeron, Cəlilabad, Ağdaş, Xaçmaz, Ağstafa, Yardımlı, Masallı, Samux, Goranboy, Lənkəran, Bərdə, Şəmkir, Zaqatala, Quba, Şəki, Ucar, Göyçay, Sabirabad, Şirvan, Hacıqabul, Astara, Ağsu, İsmayıllı, Qəbələ, Tovuz, Qax və Beyləqan rayonlarında fəaliyyətə başlayan mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların korreksiya, abilitasiya, reabilitasiya və digər xidmətlərlə, psixoloji dəstəklə təminatı həyata keçirilir.
Ümumilikdə 900 uşağın həmin mərkəzlərin xidmətləri ilə əhatə olunması, müxtəlif dərnəklər vasitəsi ilə onlarda özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün işlərin aparılması nəzərdə tutulub.
Günərzi qayğı mərkəzlərinin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib.
Azərbaycan “TurkicSkills” çempionatında...
Sabahın hava proqnozu: paytaxtda 29,...
Gəncədə yanğınla nəticələnən...
Liftdə qalan bir nəfər xilas edilib...
DİN: Bank məlumatlarınızı naməlum...