9 may 2025, cümə Bakı, 16°C
IMG-LOGO

Elektrikdoldurma məntəqəsinə yığılan 80 kubmetrdən çox yağış suyu ərazidən təmizlənib

07-05-2025
IMG

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, buna görə də sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su ərazidə yığılır. Belə hallarda drenaj sistemi qurulmayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir.

“Buna baxmayaraq, bu gün xidmətin texnikaları qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün cəlb edilib, 80 kubmetrdən çox su ərazidən təmizlənib”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Paylaş: