9 may 2025, cümə Bakı, 24°C
IMG-LOGO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faiz artıb

08-05-2025
IMG

Cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar təşkil edib.

Fhnews.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may sayına dair ilkin göstəricilərinə istinadən xəbər verir ki, bu dövrdə yeyinti məhsullarının ixracı 12,1 faiz artaraq 300,1 milyon dollara bərabər olub.

İcmala əsasən, cari ilin ilk dörd ayında qeyri-neft-qaz sahəsi üzrə ixrac olunan mallar arasında kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 35 milyon dollar və ya 42,5 faiz, şəkər 1,9 milyon dollar və ya 25,8 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 4,1 milyon dollar və ya 16,7 faiz, meyvə-tərəvəz 26,8 dollar və ya 14,8 faiz, alüminium və ondan hazırlanan məmulatlar 6,1 milyon dollar və ya 9,8 faiz, pambıq iplik 360,9 min dollar və ya 5,3 faiz artıb.

2025-ci ilin yanvar-aprel aylarında ixrac olunan aqrar məhsullar 14 faiz artaraq 232,7 milyon dollar, aqrar-sənaye məhsulları 7,9 faiz artaraq 90,8 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2 faiz artaraq 323,57 milyon dollar təşkil edib.

Paylaş: