Bakıdan Moskvaya olan aviareys təxirə salınıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.
AZAL-dan bildirilib ki, qurum uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
Azərbaycanla Vyetnam arasında...
AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə...
Paytaxtın 5 müntəzəm marşrutunun hərəkət...
Bu il paytaxtın küçə və prospektlərində...
Özbəkistan və Azərbaycan vergi orqanları...