9 may 2025, cümə Bakı, 15°C
IMG-LOGO

“Təhlükəsiz Qayıdış”- ilk avtonom təyyarə eniş sistemi

07-05-2025
IMG

Yeni inkişaf etdirilən texnologiya ilə təyyarələr fövqəladə vəziyyətdə avtomatik olaraq ən uyğun nöqtəyə enə biləcəklər. Səmada təhlükəsizliklə bağlı narahatlıqlar artdıqca, təyyarə istehsalçısı “Cirrus” təkmühərrikli SR Series G7+ modelində əsaslı yenilik təqdim edib. “Təhlükəsiz Qayıdış” adlanan bu sistem Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən təsdiqlənmiş ilk avtonom təyyarə eniş sistemidir.

Sərnişin salonunun üstündə yerləşən parlaq qırmızı düyməyə basmaqla işə salınan sistem pilotun uçuşu davam etdirə bilməyəcəyi ssenarilərdə təyyarəyə tam nəzarət edir.
CNN telekanalının xəbərinə görə, qabaqcıl alqoritmlər ən uyğun eniş zolağı müəyyən edir və təyyarəni avtomatik olaraq istiqamətləndirir. Bu proses zamanı hava hərəkətinin idarə edilməsinə fövqəladə bildiriş göndərilir və lazım olduqda sərnişinlər nəzarətçilərlə əlaqə saxlaya bilirlər. “Cirrus Aircraft”ın baş vitse-prezidenti Ben Kowalski bildirib ki, sistem pilot kimi qərarlar verir. "Onun etdiyi ilk şey seçim etməkdir: Hara getməliyik? Təyyarə bütün məlumatları qiymətləndirir və düzgün qərar verir."-deyə bildirib.

Bildirilir ki, “Cirrus” həm də təyyarələrində standart olaraq gələn Cirrus Bədən Paraşüt Sistemi ilə tanınır. Bu sistem sayəsində fövqəladə hallarda təyyarənin bütün gövdəsi paraşütlə yerə endirilə bilir.

Paylaş: