9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən daha 43 uşağın qiymətləndirməsini aparıb

08-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.

Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə onların sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.

Xidmətlər çərçivəsində qeyd edilən şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.

Paylaş: