9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Uşaq hüquqlarının pozulması halları ilə bağlı müvəkkilə ünvanlanmış müraciətlər üzrə araşdırmalar aparılır

08-05-2025

Uşaq hüquqlarının müdafiəsi ombudsmanın fəaliyyətinin prioritet istiqamətlərindəndir. Uşaq hüquqlarının təmini sahəsində müvəkkil bir sıra istiqamətlərdə fəaliyyət göstərir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ombudsmana ünvanlanmış müraciətlərə baxılması, informasiya sorğularının cavablandırılması, mediada yayılmış məlumatların araşdırılması, monitorinqlərin həyata keçirilməsi, analitik təhlilin aparılması, rəy və təkliflərin hazırlanması, maarifləndirmə işinin təşkili istiqamətləri üzrə fəaliyyət həyata keçirilir.

Fhnews.az xəbər verir ki, bunu Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun müdiri Nigar Ağayeva “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Küçə mühitində olan uşaqlarla iş sahəsində aidiyyəti qurumlar arasında fəaliyyət mexanizminin inkişafı” layihəsinin yekununa həsr olunmuş konfransda çıxış edərkən deyib.

O bildirib ki, Ombudsmanın Milli Preventiv Qrupu və Monitorinq Qrupu tərəfindən müəssisələrə həyata keçirilən başçəkmələr, aparılan araşdırmalar zamanı uşaqlarla və müəssisə əməkdaşları ilə görüşlər keçirilir, uşaqların hüquqlarının təmini vəziyyəti öyrənilərək müvafiq tövsiyələr verilir, zəruri tədbirlər görülür. Bildirib ki, uşaq hüquqlarının pozulması halları ilə bağlı müvəkkilə ünvanlanmış müraciətlər üzrə araşdırmalar aparılır, müvafiq qurumlara sorğular göndərilir və müraciətlərin təmini istiqamətində zəruri addımlar atılır.

Paylaş: