DOST RİM beynəlxalq müsabiqədə mükafata layiq görulüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyada keçirilən beynəlxalq “Professional Services Management Excellence Awards 2025” müsabiqəsində “Texnologiyanın tətbiqində mükəmməllik” kateqoriyası üzrə mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müsabiqədə müxtəlif ölkələrdən 100-dən çox qurum və qlobal şirkət iştirak edib.
Qeyd edək ki, İdarəedici Tərəfdaşlar Forumu tərəfindən “Harvard Business Review” və “Financial Times”lə partnyorluq çərçivəsində təşkil olunan müsabiqə dünya üzrə peşəkar xidmət qurumlarında əldə edilən innovativ nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.
Qusarda zəlzələ olub...
Sosial xidmətin inkişafına dair Dövlət...
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı...
Elektrikdoldurma məntəqəsinə yığılan 80...
Daxili işlər naziri xidmətə qəbulla...