Azərbaycan ilk dəfə hokkey üzrə “Galaxy Cup” turnirində təmsil olunacaq
Mayın 9–11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Galaxy Cup” turniri keçiriləcək.
Fhnews.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq həmin yarışda təmsil olunacaq. Nüfuzlu turnirdə “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi iştirak edəcək.
Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.
Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.
“Baku Open-2025” Beynəlxalq Şahmat...
Kişi voleybolçulardan ibarət Azərbaycan...
Azərbaycan Deflimpiya Komitəsi...
Azərbaycan ilk dəfə hokkey üzrə “Galaxy...
Azərbaycanın 25 güləşçisi Türkiyədə...