7 may 2025, çərşənbə Bakı, 22°C
IMG-LOGO

Fransada Eyüp Sultan Məscidi açılıb

05-05-2025
IMG

Fransanın şimalındakı Rubaix şəhərində 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən Dəyanət İşləri Türk-İslam Birliyinə  bağlı Eyüp Sultan məscidinin açılışı olub. Mərasimdə Birliyin Fransa üzrə rəhbəri Bayram Demirtaş İslam inancında məscidlərin Kəbənin bir qolu olaraq görüldüyünü açıqlayaraq bildirib ki, 3 min nəfərlik ibadət sahəsi olan və tikintisi təxminən 12 il davam edən məscid Osmanlı memarlığından ilhamlanaraq inşa edilib.

Məscidin hündürlüyü 23 metr olan 1 minarəsi, 15 metr hündürlüyündə 1 baş günbəzi və 7 kiçik günbəzi var. Məscidin mərmərləri Konyadan, qapıları Maraşdan gətirilib və tikintisində xüsusi Manisa yun xalçasından istifadə edilib.

Məsciddə İstanbuldan gətirilmiş 4 mərtəbəli 8 metrlik çilçıraq var və Memar Sinandan ilhamlanaraq ibadət yerini hörümçək və böcəklərdən uzaq tutmaq üçün çilçıraqda dəvəquşu yumurtalarından istifadə edilib.

Rubaix bələdiyyəsi məscidə gedən küçənin adını dəyişərək “İstanbul küçəsi” adlandırıb.

Paylaş: