7 may 2025, çərşənbə Bakı, 25°C
IMG-LOGO

“TEKNOFEST”-də 4 əsas kateqoriya üzrə qaliblər məlum olub

04-05-2025
IMG

Şimali Kipr Türk Respublikasında “TEKNOFEST” çərçivəsində keçirilən texnologiya yarışmalarında dörd əsas kateqoriya üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, “TEKNOFEST”-də 13 alt kateqoriyalı 6 texnologiya yarışmasına Türkiyə də daxil olmaqla 22 ölkədən 47 mindən çox iştirakçı müraciət edib.1083 rəqibdən ibarət 268 finalçı komanda texnologiya istehsalı və inkişafı kateqoriyasında mübarizə aparıb. Mükafatlar 4 əsas nominasiya üzrə qaliblərə təqdim olunub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ŞKTR-nın Prezidenti Ersin Tatarın iştirakı ilə keçirilən mərasimdə Turizm Texnologiyaları Yarışması, Sosial İnnovasiya Yarışması, TEKNOFEST Robolig Mavi Vətən Yarışması və “TEKNOFEST ŞKTR” Araşdırma Layihə Yarışmasında birinci yeri tutan komandalara mükafatlar təqdim edilib.

Paylaş: