7 may 2025, çərşənbə Bakı, 21°C
IMG-LOGO

İranda güclü partlayışın baş verdiyi limanda yenidən yanğın olub

05-05-2025
IMG

Aprelin 26-da İranın Bəndər Abbas şəhərində güclü partlayış baş verən Şəhid Rəcai limanında konteynerlər daşınarkən yenidən yanğın başlayıb, lakin qısa müddətdə söndürülüb.Bu barədə İran dövlət televiziyası məlumat verib.

Bildirilib ki, konteynerlər daşınarkən konteyner yığma maşınlarından birinin hidravlik nasosunun sıradan çıxması nəticəsində ətrafa yanacaq dağılması nəticəsində baş verən yanğın qısa zamanda söndürülüb.

Xatırladaq ki, İranın cənubunda Fars körfəzi sahilində yerləşən Bəndər-Abbasdakı Şəhid Rəcai limanında baş vermiş şiddətli partlayış nəticəsində onlarla insan həyatını itirmişdi.

İran rəsmiləri təxminən 1200 nəfərin yaralanmasına səbəb olan partlayışın təxribat olduğuna dair hələ heç bir sübut əldə etmədiklərini bildiriblər. Daxili işlər naziri İsgəndər Mumini bildirib ki, partlayış səhlənkarlıq nəticəsində baş verib.

Paylaş: