Hindistanda güclü yağışlar: 14 nəfər ölüb
Hindistanın qərbindəki Qucarat ştatında yağan güclü yağış və tufan həyata mənfi təsir edib. Fırtına nəticəsində bir çox yerlərdə ağaclar aşıb, əkinçilik sahələrinə ziyan dəyib.
Yerli hakimiyyət orqanları son iki gündə 14 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirib.
Qeyd edilir ki, qeyri-sabit hava şəraiti cümə axşamına qədər davam edəcək.
Xatırladaq ki, Qucarat Hindistanın əsas pambıq, kimyon və düyü istehsalçısıdır. Keçən ay Hindistanın mərkəzində və Nepalın bəzi bölgələrində yağan güclü yağışlar 100-dən çox insanın ölümü ilə nəticələnmişdi.
Mikroplastik ilk dəfə bitki...
“Türk Hava Yolları”nın İslamabad və...
“Təhlükəsiz Qayıdış”- ilk avtonom...
Qədim Misir Nekropolu: Sakkara...
Əfqanıstan Hindistan və Pakistan...