Rəqəmsal psixologiya terapevti
Elm adamları problemləri dinləmək və depressiya kimi psixoloji problemləri müalicə etməyə kömək edəcək "Therabot" adlı süni intellektli chatbot hazırlayıblar. Rəqəmsal psixologiya terapevtinin xidmətə rəsmi girişi üçün təsdiq gözlənilir.
Psixoloqlara psixi problemlər üçün terapiya üsullarından istifadə etməyə kömək edəcək süni intellektli robotların rəsmi istifadəsi üzrə işlər sürətlənib. ABŞ-nın Dartmut Kollecinin tədqiqatçıları “Therabot” adlı süni intellektə malik rəqəmsal psixoloq proqramı hazırlayıblar. Bildirilib ki, “Therabot” etibarlı psixoloji terapiya təklif edəcək. Komandadan Nick Jacobsona görə, “Therabot” bu sahədə kadr çatışmazlığını aradan qaldıracaq, xəstələrin narahatlığını dinləyəcək və müalicəyə kömək edəcəkdir.
“ Therabot”un narahatlıq, depressiya və yemək pozğunluğu kimi psixoloji problemləri olanlara kömək etməkdə təsirli olacağı düşünülür. “Therabot” rəsmi olaraq istifadə edilməzdən əvvəl FDA-nın (ABŞ Qida və Dərman İdarəsi) təsdiqini tələb edir. FDA-nın məsələyə müsbət yanaşdığı bildirilir.
Moskvada nəqliyyatın hərəkəti və mobil...
BMT: Dünya əhalisinin təxminən 60 faizi...
Alimlər ağrı sindromunun diaqnostikası...
Yantszıdakı yoxa çıxmaqda olan...
109-cu Pulitser mükafatının laureatları...