Səudiyyə Ərəbistanında qum fırtınası gündəlik həyata mənfi təsir göstərib
Səudiyyə Ərəbistanının Əl Qasem bölgəsi həftə sonu güclü qum fırtınasına məruz qalıb. Kasım şəhəri başda olmaqla bir çox yaşayış məntəqəsində görmə qabiliyyəti kəskin şəkildə azalıb, səma narıncıya çevrilib və gündəlik həyata mənfi təsir edib.
Sosial media platformalarında istifadəçilər qum fırtınasının təsirlərini göstərən şəkillər və fotolar paylaşıblar. Burada şəhərin bir hissəsinin qaranlığa qərq olduğu, nəqliyyat vasitələrinin hərəkətində çətinlik çəkdiyi, insanların gündəlik həyatının pozulduğu bildirilir.
Səudiyyə Ərəbistanı Meteorologiya Xidməti də qum fırtınasından zərər çəkmiş ərazilərdə yaşayan vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib. Qeyd olunub ki, xüsusilə tənəffüs yolları xəstəlikləri olan şəxslər küçəyə çıxmamalı, avtomobil idarə edəcək şəxslər diqqətli olmalıdırlar.
Mikroplastik ilk dəfə bitki...
“Türk Hava Yolları”nın İslamabad və...
“Təhlükəsiz Qayıdış”- ilk avtonom...
Qədim Misir Nekropolu: Sakkara...
Əfqanıstan Hindistan və Pakistan...