Türkiyənin istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb
Türkiyənin "Pharmanor İlaç San. Tic. Ltd. Şti” müəssisəsinin istehsalı olan bioloji aktiv qida məhsulunda aşkarlanan uyğunsuzluqla əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxala qoyulan müvəqqəti məhdudiyyət aradan qaldırılıb.
Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, AQTA-nın bildirişi əsasında Türkiyənin aidiyyəti qurumu tərəfindən istehsalçı müəssisədə müayinələr aparılıb. Görülmüş müvafiq sağlamlaşdırıcı və nəzarət tədbirləri ilə bağlı Agentliyə ətraflı məlumat verilib.
Bununla əlaqədar, müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması nəzərə alınaraq sözügedən istehsalçının respublikamıza məhsul idxalına qoyulmuş müvəqqəti məhdudiyyət aradan qaldırılıb. AQTA-nın qərarı ilə bağlı Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinə məktub ünvanlanıb.
Sosial xidmətin inkişafına dair Dövlət...
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı...
Elektrikdoldurma məntəqəsinə yığılan 80...
Daxili işlər naziri xidmətə qəbulla...
Hacıqabulda bəzi əraziləri su basıb, 2...