FHN-in Şimal Regional Mərkəzi “Konstitusiya və Suverenlik İli” münasibətilə məktəblilər üçün “açıq qapı günü” keçirib
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Xaçmaz rayon məktəbliləri üçün “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Gələcəyin xilasediciləri” devizi altında “açıq qapı günü” keçirib.
Xaçmaz rayonu üzrə təhsil müəssisələrinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafı, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılmasına dəstək, habelə Nazirliyin müvafiq qurumlarının fəaliyyəti ilə tanışlıq olub.
Tədbirdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov “açıq qapı günləri”nin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev uşaqların sağlam, firavan, xoşbəxt yaşaması, onların hərtərəfli inkişafı naminə daim məqsədyönlü tədbirlər həyata keçirib, bu mütərəqqi siyasət Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Daha sonra uşaqlar FHN-nin yerli qurumlarının texniki imkanları ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.
Sosial xidmətin inkişafına dair Dövlət...
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı...
Elektrikdoldurma məntəqəsinə yığılan 80...
Daxili işlər naziri xidmətə qəbulla...
Hacıqabulda bəzi əraziləri su basıb, 2...