9 may 2025, cümə Bakı, 18°C
IMG-LOGO

“E-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb

07-05-2025
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” portalının mobil tətbiqinə bu ilin mart ayında əmək müqavilələrinin elektron qaydada imzalanmasına imkan verən funksiya da əlavə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mobil tətbiqin bu funksionallığı maraqla qarşılanıb və ötən dövrdə “e-sosial” mobil tətbiqi vasitəsilə elektron qaydada 14,2 min əmək müqaviləsi imzalanıb.

İşəgötürən tərəfindən təsdiq üçün təqdim edilən əmək müqaviləsi vətəndaşın “e-sosial” mobil tətbiqində əsas ekranın “Əmək müqaviləsinin imzalanması” bölməsində əks olunur.

Vətəndaşlar həmin müqavilələri elektron şəkildə (“SİMA” rəqəmsal imza və ya “ASAN İmza” vasitəsilə) rahat şəkildə imzalaya bilirlər.

Həmin yenilik əmək münasibətlərinin rəqəmsal müstəviyə keçidini sürətləndirməklə yanaşı, imzalanma prosesini daha çevik və vətəndaşlar üçün əlçatan edir.

Paylaş: