9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Özbəkistan və Azərbaycan vergi orqanları arasında əməkdaşlıq imkanları müzakirə olunub

08-05-2025
IMG

Azərbaycan ilə Özbəkistan arasında media sahəsində əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin icrası çərçivəsində Özbəkistanın dövlət qurumlarının media ilə iş üzrə məsul nümayəndələrinin ölkəmizə səfəri davam edir.

Dövlət Vergi Xidmətindən (DVX) verilən məlumata əsasən, səfər çərçivəsində Özbəkistan Dövlət Vergi Komitəsinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi – mətbuat katibi Dildora Haşimova İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olub.

Görüşdə iki ölkənin vergi orqanları arasında media və kommunikasiya sahəsində əməkdaşlıq imkanları müzakirə olunub, təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dildora Haşimovaya DVX-nin media strategiyası, ictimaiyyətlə əlaqələr sahəsində tətbiq olunan innovativ yanaşmalar, informasiya açıqlığı və şəffaflıq prinsipləri barədə ətraflı məlumat verilib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Qonaq, həmçinin DVX-nin Vergi muzeyi ilə tanış olub.

Paylaş: