Azərbaycanla Vyetnam arasında informasiya texnologiyaları, rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikasının elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşüb.
Fhnews.az xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev bildirib.
“Ölkələrimiz arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik.
Eyni zamanda, Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir əlavə edib.
Azərbaycanla Vyetnam arasında...
AZAL-ın Bakı-Moskva-Bakı marşrutu üzrə...
Paytaxtın 5 müntəzəm marşrutunun hərəkət...
Bu il paytaxtın küçə və prospektlərində...
Özbəkistan və Azərbaycan vergi orqanları...