9 may 2025, cümə Bakı, 21°C
IMG-LOGO

DİN: Bank məlumatlarınızı naməlum şəxslərlə paylaşmayın

09-05-2025
IMG

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50 və 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Paylaş: