1400 illik yaşı olan qızıldan qarğa başı tapılıb
İngiltərənin cənub-qərbindəki Uiltşir qraflığında metal detektorları qızıl və qranatdan hazırlanmış nadir qarğa başı tapıblar.Onlar həmçinin kiçik muncuqlarla və üçbucaqlı qranatlarla bəzədilmiş qızıl halqa və ya üzük də aşkar ediblər. Təxminən 60 qram ağırlığında olan qarğanın başı təəccüblü qranat gözünə və onun "lələkli" hissələrini təsvir edən kiçik qızıl kürələrə malikdir.
Tədqiqatçılardan Pol Quld onların eramızın 7-ci əsrinin Anglo-Sakson dövrünə aid olduğunu deyir. Qarğanın başının nəyi təmsil etdiyi bəlli deyil, lakin əvvəlki araşdırmalar onun german və vikinq əsrlərində Norse tanrısı Odin ilə əlaqəli qaranlıq və ölümü simvolizə etdiyini göstərir.
Nadir əşyalar hazırda Britaniya Muzeyində mütəxəssislər tərəfindən təmizlənir və emal edilir.
Qvatemaladakı "qan mağarası"nda...
İqlim böhranına diqqət çəkmək üçün bu...
Nil sahillərindəki rəngarəng Nubiya...
Çilidə təcili yardım təyyarəsinin qəzaya...
Çinin 2020-ci ildə Aydan topladığı...