Çilidə təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb
Kurakavi şəhərinin dağlıq ərazisində qəzaya uğrayan təcili yardım təyyarəsinin qalıqları tapılıb.
Çili prezidenti Qabriel Boric X sosial media hesabından verdiyi açıqlamada qəzada həyatını itirənlərə başsağlığı verib.
“Kurakavi bölgəsində təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən 6 nəfərin ailələrinə dərin hüznlə başsağlığı verir və sevgilərimi bildirirəm. İtkin düşənlərin tapılması və hadisənin təsirini minimuma endirmək üçün operativ və fədakarlıqla çalışan dövlət qurumlarına səmimi təşəkkürümü bildirirəm. Bu çətin anlarda həyatını itirənlərin yaxınlarının ağrısını bölüşür və həmrəylik içində dayanmağın vacibliyini bir daha vurğulayıram"-deyə Qabriel Boric bildirib.
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...
Alimlər dilin xəritəsini tərtib ediblər...
Papa XIV Leonun pontifikatı mayın 18-də...