Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi düzgün addımdır”
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin mallarına 80% rüsum tətbiqi düzgün addımdır. Rəsmi "Truth" internet səhifəsində paylaşım edən Tramp bu fikirlərini yazıb :
"Çin öz bazarını ABŞ-na açmalıdır – bu, onlar üçün çox yaxşı olardı!!! Qapalı bazarlar artıq işləmir!!!"
Avropa İttifaqının maliyyə naziri Skot Besent və baş ticarət müşaviri Ceymison Qriyer İsveçrədə Çinin iqtisadi məsələlər üzrə müşaviri He Lifenq ilə görüşəcəklər. Bu görüş, ticarət mübahisələrini həll etmək yolunda ilk addım ola bilər.
Xatırladaq ki, Donald Tramp yanvar ayında vəzifəyə gəldikdən sonra Çindən idxal olunan məhsullara tətbiq edilən rüsumları 145 faiz artırıb. Çin isə buna cavab olaraq bəzi nadir torpaq elementlərinin ixracına məhdudiyyətlər qoyub və ABŞ məhsullarına tarifləri 125 faizə qədər artırıb.
Çin həmçinin soya və mayeləşdirilmiş təbii qaz kimi bəzi məhsullara əlavə rüsumlar tətbiq edib.
Cenevrədə keçiriləcək danışıqlar, Donald Tramp administrasiyasının rəsmiləri tərəfindən Çinlə gərginliyin azaldılması istiqamətində atılan addım kimi qiymətləndirilir.
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...
Alimlər dilin xəritəsini tərtib ediblər...
Papa XIV Leonun pontifikatı mayın 18-də...