10 may 2025, şənbə Bakı, 17°C
IMG-LOGO

“Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyət Türkiyəyə yola düşüb

09-05-2025
IMG

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.

Paylaş: