Son 30 ildə dünyada dəniz səviyyəsinin qalxma sürəti iki dəfədən çox artıb
NASA-nın peyk məlumatlarının son təhlilinə görə, keçən il dəniz səviyyəsinin qalxması gözlənildiyindən yüksək olub.Ancaq daha çox narahat edən uzunmüddətli tendensiyadır.
Dəniz səviyyəsinin illik artım sürəti son 30 ildə iki dəfədən çox artıb, qlobal dəniz səviyyəsi 1993-cü ildən bəri təxminən 10 santimetr artıb.
NASA-nın Reaktiv Sürmə Laboratoriyasının Dəniz Səviyyəsi və Buz Qrupunun tədqiqatçısı Benjamin Hamlinqton “CNN International”a müsahibəsində qlobal dəniz səviyyəsinin durmadan yüksəldiyini, digər iqlim siqnallarının dəyişdiyini söyləyib. Bu, gələcək üçün problem yaradır. Alimlər hesab edirlər ki, 2050-ci ilə qədər qlobal orta dəniz səviyyəsi təxminən 15 santimetr yüksələcək. Lakin 2050-ci ildən sonra vəziyyətin necə olacağı məlum deyil.
Hamburq Universitetinin alimi Dirk Notz CNN-ə bildirib ki, dünya 2100-cü ilə qədər dəniz səviyyəsinin əlavə 1 metr (3 fut) yüksəlməsini görə bilər.Amma bu səviyyəyə çatmaq üçün yüz illər lazımdır. Elm adamları hələ nə olacağını proqnozlaşdırmaq üçün kifayət qədər məlumatlı deyillər.
Tramp: ''Çin mallarına 80% rüsum tətbiqi...
Mərakeşdə binanın çökməsi insan tələfatı...
Son 30 ildə dünyada dəniz səviyyəsinin...
Alimlər dilin xəritəsini tərtib ediblər...
Papa XIV Leonun pontifikatı mayın 18-də...