8 may 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

Moskvada nəqliyyatın hərəkəti və mobil internetdən istifadə məhdudlaşdırıla bilər

07-05-2025
IMG

Rusiya paytaxtında mayın 7-dən 9-dək nəqliyyatın hərəkətinə məhdudiyyətlər nəzərdə tutulub və mobil internetin işində də fasilələr yarana bilər.

Fhnews.az xəbər verir ki, bu barədə Moskva merinin və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məhdudiyyətlər şəhərdə İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlıdır. Moskvaya həmin günlərdə ali və yüksəksəviyyəli xarici nümayəndə heyətlərinin gəlməsi gözlənilir.

“Bununla əlaqədar olaraq, şəhərdə nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq. Mobil internetin fəaliyyətində də məhdudiyyətlər ola bilər. Biz Moskva sakinlərinin və paytaxta gələn qonaqların anlayışına ümid edirik. Sizdən xahiş edirik ki, bu məsələlərlə bağlı rəsmi məlumatlardan istifadə edəsiniz”, -deyə paytaxt administrasiyasının bəyanatında deyilir.

Bundan əlavə, mobil operatorlar bu günlər ərzində mümkün rabitə kəsilişləri barədə abunəçiləri xəbərdar edən məlumat mesajları göndərməyə başlayıblar. Onlar lazım gələrsə, Wi-Fi bağlantısından istifadə etməyi də tövsiyə edirlər.

Paylaş: