Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Fhnews.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
6. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
10. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
14. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
15. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində.
Sosial xidmətin inkişafına dair Dövlət...
Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı...
Elektrikdoldurma məntəqəsinə yığılan 80...
Daxili işlər naziri xidmətə qəbulla...
Hacıqabulda bəzi əraziləri su basıb, 2...