Sumqayıtda dönərxanada nöqsanlar aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 6-cı mikrorayon, Yeni Corat qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimli İbrahim Əlisa oğluna məxsus “Xan” dönərxanasında yoxlama aparıblar.
Agentliyin İnformasiya təminatı və innovtiv həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı dönərxanada sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin xüsusi geyimdən istifadə etmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı ictimai iaşə obyektinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Hacıqabulda bəzi əraziləri su basıb, 2...
Buraxılış imtahanlarında yüksək nəticə...
DİN: Ötən gün bank kartlarından 13...
Türkiyənin istehsalçı şirkətinə qoyulan...
Bakının bir sıra yollarında nəqliyyatın...