7 may 2025, çərşənbə Bakı, 18°C
IMG-LOGO

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının və fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib

06-05-2025
IMG

Aprelin 27-də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.

Təhsil İnstitutundan bildirilib ki, şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final turu mayın 31-də keçiriləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sual üzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənn müsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdim olunacaq.

Yarımfinal turun nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] ünvanına yazılı şəkildə göndərilməlidir.

Paylaş: