Bakıdan Hindistanın Mumbay şəhərinə olan reys təxirə salınıb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir.
AZAL-dan bildirilib ki, gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.
Eyni zamanda, AZAL-ın Bakıdan Hindistanın Mumbay şəhərinə planlaşdırılan J2-059 nömrəli reysi Pakistan üzərində hava məkanının bağlı olması səbəbindən təxirə salınıb.
“AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq”, - deyə məlumatda bildirilir.
Abunəçilər su sərfiyyatı ilə bağlı...
Qurban bayramı günlərində...
Bakıdan Hindistanın Mumbay şəhərinə olan...
Azərbaycanla Türkiyə arasında 10...
Azərbaycan Çinin “Bir kəmər, bir yol”...