Xristian dünyası yeni papanın seçilməsini həyəcanla gözləyir
Roma kardinalları, müxtəlif və bölünmüş qlobal kilsəni birləşdirə biləcək yeni Papanı seçənə qədər özlərini dünyadan təcrid edəcəklər. Kardinallar Müqəddəs Pyotr Bazilikasında keçirilən ayindən sonra Vatikanın fresklərlə örtülmüş Sikstin kapellasında toplaşacaq və keçən ay vəfat edən Papa Fransiskin vəzifəsini icra edəcək yeni Papanı seçmək üçün gizli toplantıya başlayacaqlar. Səsvermənin bir neçə gün davam edəcəyi bildirilir.
Bu gün yalnız bir səsvermə keçiriləcək. Növbəti səsvermələr isə gündə dörd dəfə olacaq. Kilsənin damındakı bacadan çıxan qara tüstü, səsvermənin nəticəsiz olduğunu, ağ tüstü və zəng səsi isə 1,4 milyard üzvü olan kilsənin yeni liderinin seçildiyini göstərəcək.
Kardinallar yeni seciləcək Papada axtardıqları keyfiyyətləri qiymətləndiriblər. Bəziləri Fransiskin islahatçı baxışlarını davam etdirmək istəyərkən, digərləri köhnə ənənələri bərpa etməyi arzulayır.
Hazırda rəsmi bir namizəd olmasa da, italiyalı kardinal Pietro Parolin və filippinli kardinal Luis Antonio Taqle əsas namizədlər kimi önə çıxır.
Digər potensial namizədlər arasında fransız Jan-Mark Aveline, macar Peter Erdo, amerikalı Robert Prevost və italiyalı Pierbattista Pizzaballa da var.
Papa XIV Leo dünyada sülh çağırışı edib...
ABŞ-da 50 yaşdan kiçik insanlar arasında...
Çin Qırmızı Xaç Cəmiyyəti təbii...
Vatikan Konklavında yeni Roma Papası...
Peruda 5,5 maqnitudalı zəlzələ olub...