9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Vatikan Konklavında yeni Roma Papası seçilib

08-05-2025
IMG

Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə dördüncü səsvermə nəticəsində yeni - 267-ci Roma Katolik Kilsəsinin rəhbəri seçilib. Sikstin kapellasının bacasından ağ tüstü qalxaraq yeni papanın seçildiyi elan edib.

Beləliklə,133 kardinalın iştirakı ilə Sikstin Kapellasında baş tutan gizli səsvermə ilə Yeni Roma Papası seçilib.

Kilsə qanunlarına görə, lazımi səs çoxluğuna çatan kardinal bu vəzifəni qəbul edəcəyi təqdirdə katoliklərin yeni ruhani lideri olacaq. Yeni Papa kilsədəki xüsusi otağa aparılacaq və orada onun üçün hazırlanmış paltarları geyinəcək. Daha sonra yeni Roma Papası Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılacaq.Yeni Papa Amerikalı kardinal Robert Prevost olub.

Paylaş: