Gəncədə yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib
Gəncə şəhərində "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində yaxınlıqdakı ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı evin bir otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Evin qalan hissəsi və avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Küləkli hava şəraiti ilə bağlı sarı...
Aşağı Güzdək qəsəbəsində sexdə baş verən...
Azərbaycan “TurkicSkills” çempionatında...
Sabahın hava proqnozu: paytaxtda 29,...
Gəncədə yanğınla nəticələnən...