9 may 2025, cümə Bakı, 23°C
IMG-LOGO

Bu il paytaxtın küçə və prospektlərində 4 mindən çox nişan quraşdırılıb

08-05-2025
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu ilin əvvəlindən piyadaların və digər nəqliyyat iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə bir sıra işlər görülüb.

AYNA-dan bildirilib ki, ilin ilk 4 ayı ərzində 399 küçə və prospektdə 4 172 yol nişanı quraşdırılıb.

Müasir standartlara cavab verən bu yol nişanları ekoloji təmiz və təkrar emala uyğun yüngül materialdan hazırlanıb. Bu nişanlar həm davamlı, həm də ətraf mühitə zərərsizdir. Korroziyaya dayanıqlı olan nişanlar maksimum işıqqaytarıcıdır və aydın görüntünü təmin edir. Görülən işlər çərçivəsində 269 küçədə müxtəlif xətlənmə işləri icra edilib.

Piyadaların yolu təhlükəsiz şəkildə keçmələrini təmin etmək məqsədilə 178 küçə və prospektdə 377 piyada keçidi bərpa olunub və ya yenisi təşkil edilib. Xətlənmə işlərində yeni texnologiyalardan istifadə olunub.

90 küçə və prospektdə 212 yerdə piyada keçidi ikikomponentli boya ilə çəkilib. Boyanın işıq qaytarıcılığını artırmaq məqsədilə şüşə tozundan istifadə olunub. 111 küçə və prospektdə 165 yerdə piyada keçidində yol nişanlama texnologiyasında çoxfunksiyalı və keyfiyyətli boyalara üstünlük verilib.

Paylaş: