8 may 2025, cümə axşamı Bakı, 17°C
IMG-LOGO

Nigeriya təhsildə rəqəmsal transformasiyaya başlayır

06-05-2025
IMG

Afrikada əhalinin sıx məskunlaşdığı ölkə olan Nigeriya rəqəmsal texnologiyaların təhsil sisteminə inteqrasiyası ilə ölkə daxilində milyonlarla şagirdə keyfiyyətli və ədalətli təhsil vermək məqsədi ilə hərtərəfli transformasiya prosesinə başlayır. Paytaxt Abujada keçirilən Beynəlxalq  Təhsil Konfransı Afrikada rəqəmsal transformasiya və innovativ təhsil həlləri üzrə beynəlxalq maraqlı tərəfləri bir araya gətirib. Konfransda təhsil naziri Maruf Tunji Alausa, təhsil üzrə dövlət naziri Suvaybə Səid Əhməd, xarici nümayəndəliklərin nümayəndələri və çoxlu qonaqlar iştirak ediblər.

Konfransdan sonra verdiyi açıqlamada Alausa rəqəmsallaşma və süni intellektə əsaslanan tətbiqlərin Nigeriyada təhsil siyasətinin mərkəzində olacağını bildirib.

Nigeriyanın təhsildə rəqəmsallaşma siyasətini sürətləndirdiklərini ifadə edən Alausa, "Bu, ağıllı təhsil və rəqəmsal savadlılıq konfransıdır. Nazirlik olaraq, bu texnologiyalardan istifadə edərək ölkədəki bütün uşaqlara bərabər və keyfiyyətli təhsilə çıxış təmin etməyi hədəfləyirik" -deyə bildirib. 

Nigeriyada 18 milyondan çox məktəbə getməyən uşağın olduğuna və ibtidai sinif şagirdlərinin 70 %-nin əsas savad və hesablama bacarıqlarına sahib olmadığına diqqət çəkən Alausa, həllin texnologiya ilə çözüləcəyinə ümid etdiyini vurğulayıb.

Paylaş: