İtaliyada dəmiryolçular tətil edirlər
İtaliyada dəmir yolu nəqliyyatında birgünlük milli tətil elan olunub.
Fhnews.az xəbər verir ki, bu sahədə fəaliyyət göstərən Həmkarlar İttifaqlarının qərarı ilə dəmiryol işçiləri tətil ediblər.
Paytaxt Romanın “Termini” stansiyasında dəmir yolu xətlərinin hərəkətində fasilələr yaranıb. Milan, Neapol, Venesiya, Piza və Triestə istiqamətində birbaşa qatarlar ləğv edilib. Paytaxtın “Fiumicino” hava limanında, Milanın “Malpensa” aeroportunda ekspress qatarların hərəkəti dayanıb. Bu, sərnişinlər arasında narahatlıq və təşvişə səbəb olub.
Tətil ölkənin digər böyük şəhərlərində də dəmir yolu nəqliyyatının hərəkətinə mənfi təsir göstərib.
Qeyd edək ki, bu, may ayında İtaliyada həm yerli, həm də milli miqyasda nəqliyyat sektorunda planlaşdırılan 9 tətildən biridir.
Mikroplastik ilk dəfə bitki...
“Türk Hava Yolları”nın İslamabad və...
“Təhlükəsiz Qayıdış”- ilk avtonom...
Qədim Misir Nekropolu: Sakkara...
Əfqanıstan Hindistan və Pakistan...